Yessentukidə iki məktəbdə bomba təhlükəsi

07.11.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Rusiyanın Yessentuki şəhərində iki təhsil müəssisəsində bomba olması barədə məlumat qeydə alınıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,  bununla bağlı şəhərin bələdiyyə başçısı Vladimir Krutnikov Telegram kanalında məlumat yayıb.

"1 saylı məktəbdə bomba təhlükəsi olması ilə bağlı məlumat aldıq. Məlumatı araşdırmaq üçün hüquq-mühafizə orqanları ilə işləyirik. Hazırda araşdırma aparılır", - o yazıb.

Krutnikov həmçinin bildirib ki, 10 saylı məktəbdə bomba təhlükəsi barədə məlumat daxil olub və bu məsələ də araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью