Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az Xitab24.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.
Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.2.1-ci maddələri ilə təqsirləndirilən 1995-ci il təvəllüdlü S.Əsgərov 9 il 6 ay müddətinə azadlqıdan məhrum edilib.
İttiham aktında görə, Sabir Əsgərov 2023-cü ilin yayında qardaşı Pərvin Əsgərovla birgə həmyerlisi olan şəxsdən hədə-qorxu ilə 10 000 manat pul tələb edib. O, həmin pulu özünə və cəzaçəkmə müəssisələrində
cəza çəkən istintaqla müəyyən olunmayan şəxslər üçün istədiyini bildirib. Əks halda zərərçəkmiş şəxs xaricdə təhsil alan oğlunun öldürüləcəyi ilə hədələnib.
Bu hadisələr zamanı iş adamının Şəmkirdəki evinin qapısına da bir dəfə atəş açılıb. Sahibkarın şikayətindən sonra Sabirin qardaşı Pərvin Əsgərov saxlanılıb. O, ötən il Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Əsgərovun özü isə ötən il Gürcüstanda saxlanlaraq Azərbaycana eksradisiya edilib.