Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı MÜHÜM QƏRAR KONKRET | Icma…
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamədə dəyişiklik edilib.
KONKRET.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəalar təkmilləşdirilir.
Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.
Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir.
Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir.
Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
Tam oxu
Xəbəri oxu