Yetkinlik yaşına çatmış hər kəsə 5000 dollar vəd etdi

10.09.2026

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək”​.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı bildirib. 

“Əgər respublikaçılar hər iki palatada - həm Nümayəndələr Palatasında, həm də Senatda qalib gəlsələr, mən yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm”, - dövlət başçısı vəd edib. 

Ağ Ev rəhbəri “Tramp dividendi” adlandırdığı bu pulu vətəndaşların ölkə daxilində xərcləməli olacaqlarını əlavə edib.  

Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü, həmçinin Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Respublikaçılar hazırda qanunvericilik orqanının hər iki palatasına nəzarət edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью