Yetmiş kiloqramlıq qızıl qaçaqmalçılığı üzrə daha bir nəfər Türkiyədə cinayət məsuliyyətinə cəlb olunub

29.11.2024

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yetmiş kiloqramlıq qızıl qaçaqmalçılığı cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

O da qeyd olunub ki, araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью