Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Naftalanda sanatoriyada 70 yaşlı kişinin meyiti aşkarlanıb.
Lent.az xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən "Möcüzəli" sanatoriyasında qeydə alınıb.
Meyiti tapılan şəxsin Yardımlı rayon sakini 1956-cı il təvəllüdlü Z. Rzaquliyevin olduğu məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn Ş. Rzaquliyev ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu