Yeton Bekiri: “Bu, mənim üçün önəmli deyil”

29.11.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XIII turunda "Şamaxı" "Qəbələ"ni qəbul edib - 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib.

"Şamaxı"nı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün bir neçə kobud səhvə yol verdik. Belədə, rəqibə hədiyyə etmiş olduq. İkinci hissə başlayanda qapıçımız qırmızı vərəqə ilə cəzalandırıldı. Bu cür ciddi liqada bir nəfər azlıqda oynamaq çətindir. Elə bunun da nəticəsində daha bir qol buraxdıq".

- İki bərabər səviyyəli komanda oynayırdı. Nəyə görə uduzan tərəf siz olduz?
- Belə səhvlər futbolda olur. Çalışırıq ki, bu cür səhvlərə yol verməyək. Birinci hissədə bir neçə qol imkanımzı var idi. Sona yaxın da qol fürsətləri əldə etdik. İkinci hissənin əvvəlində qırmızı vərəqə almağımız bizi pis vəziyyətə saldı.

- Futbolçularla probleminiz var? Çünki bəzi oyunçular əvəzetmə zamanı birbaşa paltardəyişmə otağına yollandı...
- Xeyr, futbolçularla heç bir problemimiz yoxdur. Sadəcə belə oyundan sonra onlar da əsəbi halda olur. Siz dediyiniz məsələlərə heç fikir verməmişəm. Belə də ki, hansısa oyunçu dəyişiklik zamanı gəlib görüşməyə məcbur deyil. Bu, mənim üçün önəmli deyil. 

- Ölkə kubokunda I Liqanın lideri ilə oynayacaqsız. Bu matçda əsas hədəfiniz nədir?
- Əlbəttə ki, maksimum dərəcədə kuboka hazırlaşacağıq. Qalib gəlmək istəyirik. Qısa müddətdə bir neçə oyun keçirəcəyik. Digər tərəfdən bəxtimiz gətirmədi ki, ardıcıl dörd oyunun hamısı səfərdə oldu. "Zirə", "Şəfa", "Şamaxı", indi də "İmişli" ilə oynayacağıq. Bunları bəhanə kimi demirəm. Hər oyunda qələbə qazanmağa çalışmalıyıq.

Dambrauskas: “Azərbaycanda qlobal problemlərdən biri…” Yuri Maksimov: “Problemlərimiz var” “Sabah”dan inamlı qələbə - YENİLƏNİB Azər Məmmədov: “Bunu edə bilmədiyimiz üçün emosional idim” Kurban Berdıyev: “Kimin necə hazır olacağını görəcəyik”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью