Yevlax nura boyanıb

18.01.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın iri şəhərləri sırasında ilk beşlikdə yer alan Yevlaxda kompleks işıqlandırma işləri başa çatıb. “Bakı Abadlıq Xidməti”nin səyi nəticəsində şəhərin əsas prospekt və küçələrində, daha doğrusu, 25 küçədə 894 işıq nöqtəsi quraşdırılıb. 

Müasir konusvari dirəklərə dünya şöhrətli “Phillips” şirkətinin istehsalı olan lampalar bərkidilib. Bu isə o deməkdir ki, şəhərin 25 kilometrlik çevrədən artıq  ərazisi nura boyanıb. 85 yaşlı şəhərin yeni siması göz oxşayır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью