Yevlax sakini döyüldü

09.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Yevlax sakini döyülərək çoxsaylı bədən xəsarətləri alıb.

"Unikal"ın məlumatına görə, hadisə Hacıselli kəndində baş verib. Belə ki, 1963-cü il təvəllüdlü rayon sakini Abbasov Natiq Abbas oğlu naməlum şəraitdə döyülərək çoxsaylı bədən xəsarətləri alıb. Başın çapılmış yaraları ilə yaralı kişi xəstəxanaya çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra başqa bölgə klinikasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью