Yevlax sakini narkotiklə tutulub

06.01.2025

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Yevlax sakini saxlanılıb.
Reyting.az
Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Məhərrəmov Nəbi Zakir oğlu saxlanılıb.
Bundan əlavə keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 min 616 ədəd narkotik tərkibli həbin (13 min 16 ədəd Pregabalin – 150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью