Yevlax sakini Qaxda ölü tapıldı ÖZƏL

24.03.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yevlax sakini Qaxda ölü tapılıb. Hadisə bu gün səhər saatlarında baş verib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına  görə, 1974-cü il təvəllüdlü Zahir adlı şəxsin meyiti Qax rayonunda işlədiyi kafedə tapılıb.
Yevlax rayon Xanabad kənd sakini olan 52 yaşlı şəxs Qax rayonunun Qaysarlı kəndində yerləşən kafələrin birində aşpaz işləyirmiş. O, səhər saatlarında kafedə ölü tapılıb.
İlkin ehtimala görə, mərhum infarktdan vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью