Yevlax təmsilçisində ciddi itki: “Qarabağ”la matçda oynamayacaq

22.11.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Karvan-Yevlax" ciddi itki ilə üzləşib. Bölgə təmsilçisinin aparıcı futbolçularından Vadim Abdullayev cəzalı duruma düşüb.
Buna 31 yaşlı yarımmüdafiəçinin "Kəpəz"ə doğma meydanda uduzduqları (1:2) Misli Premyer Liqasının XII turunda sarı vərəqə alması səbəb olub.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən Abdullayev XIII turda "Qarabağ"la matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" oyunu noyabrın 29-da baş tutacaq. Yevlax təmsilçisi 12 matçdan sonra 5 xalla turnir cədvəlində sonuncudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью