Yevlaxda 103 yaşlı müharibə iştirakçısı VƏFAT ETDİ

10.12.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yevlax rayonundan olan İkinci Dünya Müharibəsi iştirakçısı Abdullayev Abdulla Hacı oğlu vəfat edib.

Bakıvaxtı.az Modern.az-a xəbər verir ki, o, 103 yaşında dünyasını dəyişib.

1921-ci ildə Xaldan qəsəbəsində doğulan Abdulla Abdullayev 1941-1945-ci illərdə Sovet qoşunlarının tərkibində döyüşüb.

O, müharibədən sonra doğulduğu Xaldan qəsəbəsində yaşayırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью