Yevlaxda 16 yaşlı oğlanı həmyerlisi bıçaqladı | Icma.az
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yevlaxda 16 yaşlı oğlanı 20 yaşlı həmyerlisi bıçaqlayıb.Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bıçaqlanma hadisəsi Yevlax şəhər ərazisində baş verib.
Rayon sakini 2009-cu il təvəllüdlü Hüseyn Qasımov mübahisə zəminində həmyerlisi 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev tərəfindən bıçaqlanıb.H.Qasımov xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev polis əməkdaşarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu