Yevlaxda 17 yaşlı oğlanın qətlə yetirilməsinin ANBAAN GÖRÜNTÜLƏRİ

17.03.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir müddət əvvəl Yevlaxda bıçaqlanan 17 yaşlı oğlanın qətlə yetirilməsinin görüntüləri sosial şəbəkədə yayılıb.

Oxu.Az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.

Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdü Həsən Mustafalı, 2007-ci təvəllüdlü Rəhim Quliyev və 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

Hadisənin görüntülərini təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью