Yevlaxda 21 sürücü sərxoş vəziyyətdə sükan arxasında SAXLANILDI

26.11.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yol hərəkətində təhlükəsizlik hər bir sürücünün məsuliyyətli davranışından başlayır. Spirtli içki və narkotik vasitələrin təsiri altında sükan arxasına keçmək təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyatına təhlükə yaradır. Belə halların qarşısının alınması məqsədilə Yevlax rayonunda polis tərəfindən nəzarət tədbirləri keçirilib.

Avtosfer.az xəbər verir ki, rayonu ərazisində keçirilən tədbirlərlə narkotikin və spirtli içkinin təsiri altında avtomobil idarə edən 21 sürücü aşkar olunaraq saxlanılıb.

Tibbi müayinə nəticəsində onlardan 14-nün alkoqol, 7-nin isə narkotik sərxoşluğu müəyyən olunub.

Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarları ilə həmin şəxslər sürücülük hüququ məhdudlaşdırılmaqla müxtəlif meddətlərdə inzibati qaydada həbs olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью