Yevlaxda 54 yaşlı kişi həmkəndlisini öldürməklə hədələdi TƏFƏRRÜAT | Icma.az
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq. Yevlax rayonunda 1971-ci il təvəllüdlü Elxan tanışı Fəxrəddinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 oktyabr 2023-cü ildə baş verib.
Elxan həmin gün saat təxminən 16 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Yevlax rayonunun Xaldan kəndinin mərkəzində, Yevlax-Şəki avtomobil yolunun kənarında əvvəllər tanıdığı Fəxrəddinin dayandığını görüb.
Elxan Fəxrəddinə yaxınlaşıb və 2017-ci ilin əvvəllərində aralarında olan şifahi razılaşmaya əsasən ona pul müqabilində satmış olduğu 1,8 hektar pay torpaq sahəsinin sənədlərini geri qaytarmasını tələb edib.
Fəxrəddin həmin torpaq sahəsini pul ilə aldığı üçün ona məxsus olduğunu bildirib.
Daha sonra Elxan hədənin icra ediləcəyi üçün real əsas olan üzərində gəzdirdiyi mətbəx bıçağını əlinə götürərək nümayiş etdirib və torpaq sahəsinin sənədlərini ona geri qaytarmayacağı halda onu həmin bıçaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələyib.
Hadisəni törədən Elxanın barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Tam oxu
Xəbəri oxu