Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər tutuldu

07.05.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью