Yevlaxda 91 yaşlı qadın yanaraq HƏYATINI İTİRDİ

09.06.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb.
Bizim.Media xəbər verir ki, 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Ahıl qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır. (Report.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью