Yevlaxda ağır qəza ölən var

08.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Yevlaxda zəncirvari qəza ölümlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, Xaldan-Mingəçevir avtomobil yolunun Əkşəm kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada "VAZ-2106", "Honda" və "Qazel" markalı avtomaşınlar toqquşub.

Nəticədə, maşınlardan biri su kanalına düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər qadın həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью