Yevlaxda ağır qəzaların baş verdiyi avtomobil yolunda işıqlandırma sistemi quraşdırılıb

06.02.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yevlax rayonunda 5 min nəfərdən çox əhalinin yaşadığı Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinə gedən avtomobil yolunda müasir işıqlandırma sistemi quraşdırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, quraşdırma işləri yaşayış massivlərinə gedən 4 km uzunluğa malik, indiyədək heç vaxt işıqlandırma sistemi olmayan yolda aparılıb.

Qeyd edək ki, 5 min nəfərdən çox əhalinin olduğu Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinin sakinləri Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayaraq gündəlik istifadə etdikləri yolda tez-tez avtoqəzalar baş verdiyini bildirib, işıqlandırılma sisteminin qurulmasını xahiş ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью