Icma.az bildirir, Baku.ws portalına istinadən.
Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb.
Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.