Yevlaxda avtomobil aşıb, 4 nəfər xəsarət alıb FOTO

15.02.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Yevlaxda "KİA" markalı minik avtomobilinin aşması 4 nəfərin xəsarəti ilə nəticələnib.

APA-nın yerli müxbiri xəbər verir ki, gecə saatlarında rayonun Aran qəsəbəsində baş verən qəzada 1991-ci il təvəllüdlü Zeynalov Tural Zahid oğlu, 1991-ci il təvəllüdlü Paşayev Asif Elman oğlu, 1991-ci il təvəllüdlü Paşayeva Gülşən Əli qızı və 1996-cı il təvəllüdlü Zeynalova Züleyxa Hüseyin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Mingəçevir şəhər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli) hospitalizasiya olunub.
Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq tibb müəssisələrinə yerləşdiriliblər.


"Onların müalicələri davam etdirilir. Hazırda 2 nəfərin vəziyyəti ağır, digərlərinin isə stabil qiymətləndirilir"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью