Yevlaxda avtomobil hasara çırpıldı: ÖLƏN var

27.11.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yevlaxda yol qəzası olub.

Avtosfer.az report-a istinadən xəbər verir ki, Tanrıqulular kəndində 1992-ci il təvəllüdlü Elvin Nəsibov sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 21 011" markalı avtomobili hasara çırpıb.

Nəticədə özü,həyat yoldaşı Sənubər Nəsibova, övladları- 2020-ci il təvəllüdlü Elcan Nəsibov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan Sənubər Nəsibova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью