Yevlaxda avtomobil hasara çırpılıb, ölən var

27.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Yevlaxda yol qəzası olub.

"Report" xəbər verir ki, Tanrıqulular kəndində 1992-ci il təvəllüdlü Elvin Nəsibov sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 21 011" markalı avtomobili hasara çırpıb.

Nəticədə özü, övladı- 2020-ci il təvəllüdlü Elcan Nəsibov və həyat yoldaşı Sənubər Nəsibova xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan Sənubət Nəsibova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью