Yevlaxda avtomobil qəzasında bir ailənin üç üzvü xəsarət alıb

26.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Yevlax rayonunun Tanrıqulular kəndində avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində, sürücü 1992-ci il təvəllüdlü E.Nəsibov, onun həyat yoldaşı, 2020-ci il təvəllüdlü S.Nəsibova və 4 yaşlı oğlu xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. S.Nəsibovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью