Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.
Avtomobildə olan digər sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə müxtəlif dərəcəli xəsarətlərlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.