Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Yevlax-Bərdə yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb.
1980-ci il təvəllüdlü Ş.Namazova isə qəza nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.