Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var

15.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


Yevlax-Bərdə yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 


Missiya.Az "Report"a istinadən xəbər verir ki, "VAZ" və "Toyota" markalı avtomobilləri toqquşub. 

Qəza nəticəsində "VAZ"ın sürücüsü, 1978-ci il təvəllüdlü Zamin Rzayev ölüb. 1980-ci il təvəllüdlü Ş.Namazova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью