Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə Mingəçevir-Atan qəsəbəsi yolunun Yevlax rayonu Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Naz Lifan" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb, üç nəfər isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.