Yevlaxda balıqçı kanala düşərək boğulub

18.08.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Yevlaxda balıqçı kanalda boğularaq ölüb.

APA xəbər verir ki, 1970-ci il təvəllüdlü Tofiq Süleymanov "Yuxarı Şirvan" kanalında qayıqla balıq tutarkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görüb özünü suya atıb.

Hadisə nəticəsində Tofiq Süleymanov ölüb. Meyiti kanalın Ağdaş rayonu Şəkili kəndi ərazisindən keçən hissəsində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью