Yevlaxda bibisi oğlunu bıçaqlayan şəxs tutuldu

14.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Yevlaxda kişi bıçaqlanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, noyabrın 6-da saat 18:30 radələrində Babayev Rüstəm Bəkir oğlu bibisi oğlu Kazımov Oqtay Əli oğlunun Yevlax şəhəri ərazisində yerləşən evində, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla onun qarın nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirib.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью