Yevlaxda bir ailənin 3 üzvü qəzaya düşdü, ölən var

26.11.2024

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yevlax rayonunun Tanrıqulular kəndində avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

News24.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində, sürücü 1992-ci il təvəllüdlü E.Nəsibov, onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü S.Nəsibova və 4 yaşlı oğlu xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Nəsibova xəstəxanada dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью