Yevlaxda bir ailənin üzvləri qəzaya düşdü Qadın öldü

26.11.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Yevlaxda baş verən yol qəzasında ağır yaralanan qadın dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir-Bəhramtəpə yolunun Tanrıqullar kəndinin yaxınlığından keçən hissəsində baş verib.

1992-ci il təvəllüdlü Yevlax rayon sakini Nəsibov Elvin Elcan oğlunun idarə etdiyi minik avtomobilinin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində sürücü, 2003-cü il təvəllüdlü həyat yoldaşı Nəsibova Sənubər Sahəddin qızı və 2020-ci il təvəllüdlü  oğlu Nəsibov Elcan Elvin oğlu çoxsaylı xəsarətlər alıb və dərhal yaralı ailə xəstəxanaya çatdırıllb

Həkimlərin cəhdlərinə baxmayaraq, Sənubər Nəsibovanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью