Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər saxlanılıblar.
Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar.
Onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.