Yevlaxda DƏHŞƏT: Torpaq üstündə həmkəndlisini öldürdü

24.07.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Yevlaxda qətl törədilib. 

Lent.az xəbər verir ki, hadisə bu gün saat 7 radələrində Yevlax rayonu Malbinəsi kəndinin ərazisində qeydə alınıb. 

Kənd sakini, 1957-ci il təvəllüdlü Əli Həsən oğlu Rəsulov, torpaq üstündə düşən münaqişə zəminində həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan Xanlar oğlu Mustafayevi ov tüfəngi ilə qətlə yetirib.

Ə. Rəsulovu polis saxlayaraq istintaqa təhvil verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью