Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yevlaxda dəhşətli qəza baş verib.
Yeniavaz.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan minik maşını yoldan bir neçə metr çıxaraq kolluq əraziyə düşüb.
Deformasiyaya uğrayan avtomobil hissələrə ayrılıb. Qəza zamanı sürücü və qadın sərnişin dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Esmira Hidayətova, Yevlax