Yevlaxda dünən yanğın nəticəsində xəsarət alan şəxs bu gün xəstəxanada ölüb YENİLƏNİB 2 | …
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gün Yevlaxda baş verən yanğın hadisəsində xəsarət alan daha bir nəfər həyatını itirib.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, yanıq xəsarətləri alan şəxslərdən biri, 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
*** 05.12.2025 11:18 Yevlaxda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 1942-ci il təvəllüdlü Mikayılova Nərgiz Savalan qızına məxsus, şəhərin S.Vurğun küçəsi 15/20 ünvanında yerləşən mənzilin bir hissəsi yanıb.
Yanğın nəticəsində mənzil sahibi ölüb. Onun qızı 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və oğlu 1967-ci il təvəllüdlü Kamran Mehdiyev xəsarə
Yanğın zamanı ölən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır.
Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır. *** 10.50 Yevlaxda yanğın hadisəsi baş verib.
Tam oxu
Xəbəri oxu