Yevlaxda ev və avtomobil yanıb

26.05.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Yevlax şəhərinin Havarlı kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 54 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, ona bitişik sahəsi 60 m² olan talvarın atma taxtaları və içərisində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью