Yevlaxda faciə: 64 yaşlı kişi evində güllələnmiş halda aşkarlandı

18.06.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yevlax rayonunda güllələnmiş meyit aşkarlanıb.

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Əkşəm kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Mingəçevir şəhər sakini, 64 yaşlı Əjdər Cuma oğlu Pirimovun meyiti atasına məxsus evdə tapılıb. Onun odlu silahdan aldığı güllə yarası nəticəsində həyatını itirdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью