Yevlaxda fermanın 6 ton ot bağlaması YANDI

15.12.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yevlax şəhərinin Aran qəsəbəsində ferma ərazisində ümumi sahəsi 300 m² olan talvarın taxta atmaları 60 m² sahədə və altında yığılan 6 ton ot bağlaması yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью