Yevlaxda formal oyun

15.05.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qəbələ” Misli Premyer Liqasının XXXII turunda bu gün “Karvan-Yevlax”la qarşılacaq.

Futbolpress.az xəbər verir ki, komandalar bu mövsüm üç dəfə üz-üzə gəlib. Cari “futbol ili”nin birinci matçında “Karvan-Yevlax” qələbə qazanıb (3:2), digər iki görüşdə isə eyni hesab qeydə alınıb – 1:1.

Ümumiyyətlə, tərəflər ötən mövsümdə I Liqada bir-birinə rəqib olub. Həmin yarışda “Qəbələ” hər iki matçda yevlaxlıları üstələyib – 2:0, 1:0.

“Karvan-Yevlax” sona iki tur qalmış 14 xalla sonuncu – 12-ci sıradadır və komandanın elitanı tərk edəcəyi dəqiqləşib. “Qəbələ”nin isə liqada qalmaq uğrunda pley-off oynayacağı bəllidir. Bugünkü görüş komandaların iddiası qalmağı üçün formal xarakter daşıyacaq.

“Karvan-Yevlax” – “Qəbələ” oyununa saat 17:00-da start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью