Yevlaxda güclü yanğın 1 ölü, 2 yaralı

05.12.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yevlaxda ölümlə nəticələnən yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsindəki binalarının birində baş verib.

Yanğın nəticəsində 1945-ci il təvəllüdlü şəhər sakini Nərgiz Mikayılova yanaraq ölüb.

Hadisə zamanı evdə olan 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və 1967-ci il təvəllüdlü Kamran Mehdiyev isə ağır yanıq xəsarətləri alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirildi ki, 05.12.2025-ci il tarixində saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью