Yevlaxda güllə xəsarəti alan 64 yaşlı kişi öldü

18.06.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yevlax rayonunda güllə xəsarətləri alan şəxs ölüb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 17-si saat 20 radələrində Mingəçevir şəhər sakini 1962-ci il təvəllüdlü Əjdər Cuma oğlu Pirimov Əkşəm kəndinin ərazisində atasına məxsus evdə xəsarət alıb.

Onun ov tüfəngindən açılan atəşdən sonra ağır yaralandığı və qanaxmadan öldüyü bildirilib.

Hadisə yerindən Ə.Pirimova məxsus müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью