Yevlaxda hərbçilərin də iştirakı ilə zəncirvari qəza baş verdi Xəbər saytı Son xəbərlər və…
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb.
Əldə edilən ilkin məlumata görə, hadisə zamanı "Mercedes-Benz", "Opel", iki VAZ markalı və daha bir avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Qəza zamanı xəsarət alanın olub-olmadığı dəqiqləşdirilir. Qəzaya düşən maşınlardan birində hərbçilər olub. Faktla bağlı araşdırma başlanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu