Yevlaxda hərbçilərin də iştirakı ilə zəncirvari qəza baş verdi Yeni Sabah

06.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Əldə edilən ilkin məlumata görə, hadisə zamanı "Mercedes-Benz", "Opel", iki VAZ markalı və daha bir avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Qəza zamanı xəsarət alanın olub-olmadığı dəqiqləşdirilir.

Qəzaya düşən maşınlardan birində hərbçilər olub.

Faktla bağlı araşdırma başlanıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью