Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Yevlaxda mədəniyyət işçisini avtomobil vurub.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.
1986-cı il təvəllüdlü Taleh Rəhim oğlu Əzimovu yolu keçmək istəyən zaman VAZ-2106 markalı avtomobil vurub. Hadisə zamanı piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb epilepsiya xəstəsi olan piyadanın anidən yıxılaraq avtomobilin önünə düşməsi olub.