Yevlaxda məktəbdə TÜSTÜLƏNMƏ: direktor və üç nəfər xəstəxanalıq oldu

25.11.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Yevlax məktəbində tüstülənmə olub. 

Lent.az-ın sorğusuna cavab olaraq, Mərkəzi-Aran Regional Təhsil İdarəsindən bildirilib ki, bu gün Yevlax rayonu Vasif Mövsümov adına Gülövşə kənd tam orta ümumtəhsil məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Tüstülənmə nəticəsində direktor, katib-makinaçı, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib.

Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью