Yevlaxda məktəbdə tüstülənmə olub Zəhərlənənlər var

25.11.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 25-də Yevlax rayonu Vasif Mövsümov adına Gülövşə kənd tam orta ümumtəhsil məktəbində pellet sobasının tıxanması tüstülənməyə səbəb olub. 

Bakıvaxtı.az  “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, verilən məlumata görə, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Tüstülənmə nəticəsində direktor, katib-makinaçı, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib.

Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью