Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza noyabrın 26-da saat 19:00 radələrində Bakı-Qazax yolunun Yevlax rayonunun 120-ci kilometrliyində qeydə alınıb: “Belə ki, 10-EC-690 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, 56-BC-799 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində 2000-ci il təvəllüdlü Yusif adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Qeyd edək ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin